Azərbaycan klubları üçün növbəti təyinatlar AÇIQLANDI

Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki cavab oyunlarına bütün təyinatlar açıqlanıb. Sportinfo.az-ın məlumatına görə, "Zirə"nin ev, "İnter" və "Qəbələ"nin səfər matçları gürcüstanlı, litvalı və rumıniyalı hakimlərə tapşırılıb. İlk oyunlarda "Zirə" 0:2 hesabı ilə uduzub, "İnter" 1:0 qələbə qazanıb, "Qəbələ" isə heç-heçə edib - 1:1.  


21:00. "Zirə (Azərbaycan) - "Astra" (Curcu, Rumıniya)
Baş hakim:
Georgi Vadaçkoriya
Yan xətt hakimləri: Zaza Menteşaşvili, Georgi Elikaşvili
Dördüncü hakim: Qoqa Kikaçeişvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
Bakı, "Dalğa Arena"


21:30. "Fola Eş" (Lüksemburq) - "İnter" (Bakı, Azərbaycan)
Baş hakim:
Donatas Rumsas
Yan xətt hakimləri: Aleksandr Radius, Vladimir Gerasimov
Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
Eş sür-alzett, "Emil Mayriş" stadionu


23:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan)
Baş hakim:
Konstantin Sebastian Koltesku
Yan xətt hakimləri: Radu Adrian Stefan Ginqulyak, Vladimir Urzitsa
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)
Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)
Belostok, "Miejski" stadionu.

Tarix: 17 İyul 10:48    Oxunub: 240    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.