"Neftçi"dən KARDİNAL istefa!

"Neftçi" hazırda qaynar qazan kimi qaynayır. Paytaxt klubu iyulun 6-da gündəmi növbəti dəfə dəyişdi: "Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi rəsmiləşdi. Təsisçinin qərarı ilə "İcraçı direktor” vəzifəsi ləğv olundu, əvəzində "Prezident” və "Vitse-prezident” vəzifələri təsis olundu.


Artıq "Neftçi Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan prezident tərəfindən həyata keçirilir. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.


Beləliklə, paytaxt təmsilçisi 2 il 3 aydan sonra yenidən prezident institutuna qayıtdı. 2015-ci il martın 31-də Sadıq Sadıqovun prezident postundan göndərilməsi, idarəçiliyin Müşahidə Şurasına keçməsi ilə başlayan dövr 828 gün davam edib. 


Müşahidə Şurası əvvəlki tərkibdə "Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək. Rəsmi açıqlamada bildirilirdi ki, MŞ baş verən struktur dəyişikliyini dəstəkləyir və bu addımın klubun inkişafı üçün səmərəli olacağına inanır.


Lakin…


Heç də belə deyil. Sportinfo.az-ın məlumatına görə, Çingiz Abdullayev bu dəyişikliyə qarşı çıxıb və şura sədri vəzifəsini icra etməkdən boyun qaçırıb. Dünya şöhrətli yazıçı onu kluba gətirmiş şəxsə - AFFA və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovla görüşərək, verilən qərardan narazılığını ifadə edib və prezident institutuna qayıdışla bağlı heç kimin onlarla məsləhətləşmədiyini bildirib.

 

O, son islahatların imicinə zərbə vurduğunu və formal post sahibi kimi "Neftçi"də qalmaq istəmədiyini deyib. Hələlik bu ayrılıq rəsmi müstəvidə açıqlanmır. Nəsirov ümid edir ki, Abdullayev fikrindən daşınacaq. Qərarın açıqlandığı gündən bəri onu dilə tutsalar da, tanınmış ziyalı yola gəlmir.

Tarix: 17 İyul 12:24    Oxunub: 745    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.