Milyon ver, argentinalı hücumçunun transfer hüququnu al!

"Roma"nın hücumçusu Ezekiel Ponse "Lill"ə keçib. Sportinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi gənc futbolçunu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Fransızlar Ponseni 1 illik icarəyə götürüblər. Mövsümün sonunda "Lill" Ponsenin transfer hüququnu da ala bilər. Lakin onlar bunun üçün "Roma"ya 11 milyon avro öədəməlidilər.

 

20 yaşlı futbolçu Argentinanın "Nyuels Old Boys" klubunun yetirməsidi. "Roma"ya 2015-ci ildə məhz bu klubdan keçib. Amma o, paytaxt klubunun əsas komandası ilə rəsmi oyuna çıxmadan ötən mövsümü İspaniya "Qranada"sında icarə əsasına çıxış edib.

Tarix: 17 İyul 12:12    Oxunub: 310    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.