Karyerasında 5-ci dəfə vətənindəki Qran Prini qazandı

"Mercedes" pilotu Lüis Hemilton Formula 1 üzrə Britaniya Qran Prisinin qalibi olub. Sportinfo.az xəbər verir ki, "Silverstoun" trasında keçirilmiş yarışda ikinci yeri onun finlandiyalı komanda yoldaşı Valtteri Bottas tutub.


Üçüncü yerə isə "Ferrari"nin finlandiyalısı Kimi Raykonnen sahib olub. Beləliklə, Hemilton karyerasında 5-ci dəfə vətənindəki Qran Prini qazanıb və bu göstəricidə həmyerlisi Cim Klark, eləcə də fransalı Alen Prostla bərabərləşib.

 

Cari mövsümdə 10 Qran Pridən sonra Lüis Hemilton 176 xalla 2-ci pillədədir. İlk pillədə cəmi 1 xal öndə olan "Ferrari" pilotu Sebastyan Fettel qərarlaşıb. Maşınların mübarizəsində isə 330 xalla "Mercedes" birinci, 275 xalı olan "Ferrari" ikincidir. Növbəti mərhələ 28 - 30 iyulda Macarıstanda olacaq.

Tarix: 17 İyul 12:00    Oxunub: 94    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.