Zaur Axundov "İnter"ə 1 milyon mükafat vəd etdi - İKİ MƏRHƏLƏ KEÇ!

“İnter” üçün yeni avrokuboklar sezonu əla başlayıb. Paytaxt təmsilçisi 3 matçdı qol buraxmır və… Qazanır! 
Zaur Svanadzenin komandası 2015/16 mövsümünün son avrokubok görüşündə başladığı seriyanı davam etdirir.

 

Həmin vaxt Bakıda “Atletik”lə qolsuz heç-heçə edən sabiq "bankirlər" daha 3 qarşılaşmada eyni etibarlılıq göstərib. “Mladost”la hər iki görüşdə (3:0, 2:0) qapısını quru saxlayan Səlahət Ağayev “Fola” ilə görüşdə də rəqibin fərqlənməsinə mane olub.


Beləliklə, seriya 4-ə çatıb. Bu da komandanın avrokubok tarixində yeni rekorddu. Bunadək “İnter” ən yaxşı halda 3 quru oyunu sıralamışdı, indi komandanın üzərinə düşən vəzifə daha ciddidi.  Ötən mövsüm Avropa Liqasında tarixində ilk dəfə 2 mərhələ adlamağın sevincini yaşayan "İnter"in qarşısına yenə bu rekordu təkrarlamaq tapşırığı qoyulub.

 

Dünən xəbər vermişdik ki, rəhbərlik futbolçulara borcunun əsas hissəsini - aprel və may aylarına olan maaşı ödəyib. "Fola"nı keçsələr, komanda üzvləri ümumilikdə 1 milyon manat mükafat alacaq.

 

Bunu Müşahidə Şurasının sədri Zaur Axundov söz verib. Yeni patron futbolçularla söhbətində bildirib ki, 2 mərhələ keçsələr, UEFA klubun hesabına 1,5 milyon manata yaxın vəsait köçürəcək və o, həmin məbləğin bəlli hissəsini onlar arasında böləcək.

 

SPORTİNFO.AZ

 

Tarix: 17 İyul 11:36    Oxunub: 1051    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.