"Fenomen" geri döndü - FOTO

"Olimpik" (Marsel) sabiq qapıçısı Stiv Mandandanı yenidən geri qaytarıb. Sportinfo.az xəbər verir ki, ötən mövsüm məhz bu klubdan "Kristal Pelas"o transfer olunan fransalı qolkiperin legioner həyatı uzun sürməyib.

 

Belə ki, fransız qolkiper cəmi bir mövsümlük fasilədən sonra özü üçün doğma olan klubun sıralarına dönüb. Konqo və Fransa vətəndaşlığını daşıyan 32 yaşlı futbolçu Marsel təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb.

 

"Havr"ın yetirməsi olan Stiv peşəkar karyerasına 2004-cü ildə məhz bu komandada başlayıb. 2008-ci ildən etibarən isə o, "Olimpik"ə keçib.

 

Bir mövsüm icarə əsasında oynadıqdan sonra Marsel klubu onun transfer hüquqlarını da alıb. Təcrübəli qapıçı bu komandada azı 300 oyun keçirib. "Fenomen" ləqəbli Mandanda Fransa yığmasında da 24 oyun keçirib.

Tarix: 17 İyul 11:24    Oxunub: 203    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.