"Penalti canavarı" 6 il sonra La Liqa klubundan ayrıldı, evə getdi

"Valensiya"nın braziliyalı qapıçısı Dieqo Alveş karyerasını vətənində davam etdirəcək. Sportinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper "Flamenqo" ilə anlaşıb. Bu barədə La Liqa təmsilçisi rəsmi açıqlama yayıb. Lakin Braziliya klubu hələlik, bu transferlə bağlı məlumat yaymayıb.

 

"Flamenqo"nun bu transferə görə İspaniya klubuna 300 min avro təzminat ödəyəcəyi bildirilir. Daha çox penalti qurtarışları ilə məşhurlaşan Dieqo 6 mövsüm idi "Valensiya"da oynayırdı. O, La Liqa karyerasına 2007-ci ildə "Almeria"ya transfer olunmaqla başlamışdı.

Tarix: 17 İyul 11:12    Oxunub: 268    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.