Premyer Liqa təmsilçisi ondan cavab gözləyir: 3 saatlıq söhbət

“Arsenal” “Monako”nun gənc ulduzu Kilian Mbappeni transfer etmək arzusundan əl çəkmir. Sportinfo.az xəbər verir ki, “topçular”ın fransız baş məşqçisi Arsen Venger 18 yaşlı hücumçunu dilə tutmaq üçün Parisə yollanıb.

 

Bu barədə məlumatı “France Football” yayıb. Xəbərdə Vengerin Mbappe ilə paytaxtdakı restoranların birində görüşdüyü, 3 saata yaxın davam edən görüşdə onu London klubuna gəlməsiylə bağlı dilə tutduğu qeyd edilib.

 

Hazırda Premyer Liqa təmsilçisi gənc futbolçundan cavab gözləyir. “Arsenal”ın Mbappe üçün 135 milyon avro ödəməyə hazır olduğu deyilir. 18 yaşlı futbolçunun xidmətində “Real” və “Mançester Siti” də maraqlıdı.

Tarix: 17 İyul 13:36    Oxunub: 178    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.