Paytaxt klubu ilə müqavilə bağladı, Hollandiyaya yollandı

İngiltərə çempionu "Çelsi" hollandiyalı yarımmüdafiəçisi Marko van Ginkellə yeni müqavilə bağlayıb. Sportinfo.az xəbər verir ki, tərəflər müddəti 2020-ci ildə başa çatacaq yeni müqaviləyə imza atıblar. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

 

"Zadəganlar" 25 yaşlı futbolçu ilə müqavilə yeniləsələr də, onu yenidən icarəyə göndəriblər. Belə ki, son iki ildə Hollandiya PSV-sində icarə əsasında çıxış etmiş Ginkel yenə bu komandanın düşərgəsinə qayıdıb. İcarə müddəti yeni bir mövsümlük nəzərdə tutulub.

 

"Çelsi"yə 2013-cü ildə "Vitess"dən transfer olunan Hollandiya yığmasının yarımmüdafiəçisi bu komandada cəmi 2 rəsmi oyuna çıxıb. O, 2014/15 mövsümünü "Milan"da, 2015/16 mövsümünü də "Stok Siti"də icarədə keçirib.

Tarix: 17 İyul 10:36    Oxunub: 122    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.