Onun transfer hüquqlarına yiyələnmək şansına da malikdi

"Roma"nın universal müdafiəçisi Ervin Zukanoviç A Seriyasının digər təmsilçisi "Cenoa"ya transfer olunub. Sportinfo.az xəbər verir ki, bu barədə Genuya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Sözügedən klub bosniyalı futbolçunu 1 illik icarəyə götürüb. Lakin 30 yaşlı müdafiəçi yeni komandasında uğurlu çıxış edəcəyi təqdirdə, klub onun transfer hüquqlarına yiyələnmək şansına da malikdi.

 

Zukanoviç "Roma"ya 2016-cı ilin yanvar ayında "Sampdoriya"dan transfer olunmuşdu. O, paytaxt klubunun heyətində 19 oyun keçirib. Ervin geridə qalan mövsümü isə "Atalanta"da icarədə keçirib.

Tarix: 17 İyul 09:48    Oxunub: 162    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.