"Bernli" "Suonsi Siti"də çıxış edən yarımmüdafiəçi Cek Korku transfer edib. Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Transferin maddi detalları barədə açıqlama verilmir.
Cek karyerası ərzində ikinci dəfə "Bernli" ilə müqavilə bağlayıb. O, ilk dəfə 2010-cu ildə bu kluba transfer olunmuş və 1 il ərzində 51 oyunda 4 qola imza atmışdı.
İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinmiş Kork "Çelsi"nin yetirməsidi. O, "Bornmut", "Skantorp Yunayted", "Sauthempton", "Uotford", "Koventri Siti" klublarında da oynayıb.