Siftəni yaxşı gətirsələr də, "Qəbələ"nin önünə yarımcan… VİDEO

Polşa çempionatında yeni mövsümə start verilib. Sportinfo.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Yagelloniya" milli çempionatda ilk matçına çıxıb. 


Sözügedən komanda Eksraklasanın ilk turunda "Termalika" ilə qarşılaşıb. Qonaqlar bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb. "Qəbələ"nin rəqibinin yeganə qolunu 47-ci dəqiqədə penaltidən dəqiq yararlanan Luşak Sekulski vurub.

 

"Qəbələ" "Yagelloniya" ilə Bakıda keçirdiyi ilk oyundan 1:1 hesablı bərabərliklə ayrılıb. Bu klublar arasındakı cavab qarşılaşması iyulun 20-də Polşada baş tutacaq. Rəqib bu dəfə 3 və ya 4 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

 

Zədəli olduqları üçün Bakıda meydana çıxa bilməyən müdafiəçi Pyotr Tomasik, hücumçu Karol Sviderski və yarımmüdafiəçi Pjemıslav Frankovskiyə Yatsek Qoralski də qoşulub. 24 yaşlı yarımmüdafiəçi ilk oyunda zədələnib. "Bakcell Arena"da topuğu burxulan futbolçu 53-cü dəqiqədə əvəzlənməli olub. Onun cavab matçında oynaması sual altındadı.

 

Yeri gəlmişkən, Frankovskiyə "Kan" elçi düşüb. Fransızlar 22 yaşlı yarımmüdafiəçiyə görə Polşa klubuna 1 milyon avro təklif ediblər. Ancaq "Yaqelonnia" ümid edir ki, 1,5 milyonluq təkliflə onların qapısını başqaları döyəcək. İndi hər şeydən əvvəl ayağı sarğıda olan futbolçu müalicə olunmalıdı.

 

Tarix: 17 İyul 09:24    Oxunub: 226    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.