Roman Qriqorçuk 2 gün Ukraynada nə edirmiş?

Avropa Liqasının II təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” Polşaya yollanıb. Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” dünən Varşavada ilk məşqinə çıxıb.

 

Günün ilk yarısında Polşa paytaxtına çatan komanda axşam məşqi ilə kifayətlənib. Səbəb odu ki, Roman Qriqorçuk bura birbaşa Ukraynadan gəlib. Baş məşqçi ilk matçdan sonra Odessaya yollanaraq, 2 gün istirahət edib. 


“Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirib. Futbolçular toplu və topsuz təmrinləri icra edib.

 

“Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq. İyulun 20-də baş tutacaq “Yagelloniya” – “Qəbələ” qarşılaşması Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 

Tarix: 17 İyul 09:12    Oxunub: 335    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.