"Zirə"nin rəqibi Rumıniyada yeni mövsümə 3 xalla başladı

Rumıniya çempionatında yeni mövsümə start verilib. Sportinfo.az xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Astra" da milli çempionatda ilk matçına çıxıb. 

 

Sözügedən komanda ilk turda doğma meydanda "Sepsi" ilə qarşılaşıb. Meydan sahibləri bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıblar. "Zirə"nin rəqibinin yeganə qolunu 50-ci dəqiqədə Markinyos vurub.

 

"Zirə" "Astra"ya qarşı səfərdə keçirdiyi ilk oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Bu klublar arasındakı cavab qarşılaşması iyulun 20-də Bakıda baş tutacaq.

Tarix: 17 İyul 00:08    Oxunub: 124    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.