"Trabzonspor" açıqladı: "Burak Yılmazla anlaşdıq, klubu ilə danışırıq"

"Trabzonspor" Burak Yılmazla anlaşıb. Sportinfo.az xəbər verir ki, bu barədə klubun prezidenti Muharrem Usta açıqlama verib. "Burak Yılmazla anlaşmışıq. Özü 50-ci ildə "Trabzonspor"da oynamaq istəyir.

 

Biz də onu gətirmək arxusundayıq. Amma klubu ilə anlaşmaq lazımdı. Hazırda danışıqlar davam edir. Anlaşma əldə olunsa, transfer baş tutacaq" deyə klub prezidenti bildirib.

 

Burak Yılmaz 2010-cu ildə "Fənərbaxça"dan transfer olunduğu "Trabzonspor"da 2 il oynayıb. Qara dəniz klubu 2012-ci ildə onu 5 milyon avroya "Qalatasaray"a satıb. 32 yaşlı hücumçu ötən il Çinin "Pekin Quoan" klubuna 8 milyon avroya transfer olunub.

Tarix: 16 İyul 21:03    Oxunub: 239    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.