ŞOK GERÇƏK! "Neftçi" Elxan Abdullayevi qovsa… 3 il ona pul ödəyəcək

"Neftçi" rəhbərliyi martın sonu, aprelin əvvəlində açıqladığı bu xəbərlə ictimai qınata tuş gəldi: məlum oldu ki, Elxan Abdullayevlə 3 illik yeni müqavilə imzalanıb.


Ötən ilin sentyabrın 25-də Vəli Qasımovu bu postda əvəzləyən "mütəxəssis"in uğursuzluğu özünü çox gözlətmədi. Qış fasiləsində yeni legionerlərin alınmasına külli mtqdarda vəsait xərlənməsinə baxmayaraq, komanda mövsümü rüsvayçı bitirdi – Premyer Liqada 7-ci pillə.

 

Ölkə kubokunda mübarizəni yarımfinal mərhələsində dayandıran "ağ-qaralar"ın Abdullayevlə yoluna davam etməsi Orxan Hüseynzadə başda olmaqla, bu rəhbərliyin ən böyük tarixi səhvlərindən biridi.


Zaman gedir və gedişatdan başa düşmək olar ki, "Neftçi" növbəti fəlakətin qapısı ağzına yetişmək üzrədi. Komanda yoxlama görüşlərində yaxşı performans sərgiləmir. "Kəpəz"ə 0:2 hesabıyla uduzan bakılılar növbəti mövsüm I Divizionda debüt etməyə hazırlaşan "Binə"yə çətinliklə qalib gəldi (1:0).

 

Hazırlıq prosesini bərabad keçirən "Neftçi" transfer bazarında da qeyri-fəaldı. Yönətim bundan sonra yalnız 1 futbolçu ilə müqavilə bağlayacaq: o da olsa. Büdcəyə baxıb hərəkət edəcəklər. Hər iki mənada rəqiblərinin kölgəsində qalan "Neftçi"nin medallar uğrunda mübarizə aparması yenə də inandırıcı görünmür.

 

Bu isə E.Abdullayevi az maraqlandırır. Ayağına qara daş bağlamış "mütəxəssis" əsas istəyinə artıq çatıb. O, vəzifədən nə vaxt uzaqlaşdırılmasından asılı olmayaraq, 3 ilin təzminatını tam şəkildə alacaq. Çünki klubla "FİFA kontraktı" bağlayaraq, bir növ özünü sığortalayıb. 


Bu, bir ilkdi. Bildiyimtzə görə, Abdullayev yerli məşqçilər arasında ilk adamdı ki, beynəlxalq standartlara uyğun müqavilə tələb edib və istəyinə çatıb. Hətta 10 ilə yaxındı "Qarabağ"da çalışan Qurban Qurbanovun da "FİFA kontraktı" yoxdu. İnanmırıq ki, bundan sonra bir qeyrisi də ona dəvət göndərən klubun qarşısına belə şərt qoysun.


Adətən, bizdə "kişi sözü" əsas götürülür. Söz ağzıdan çıxdı, qurtardı getdi. İstəsən də, istəməsən də buna inanmalısan. Düzdü, peşəkar futbolda "kişi söz" bir qədər mahiyyətini itirib, xüsusən son illər. "Ağ mühasiğatlığ"a daxil olmayan anlaşma əksər hallarda problem yaradır. Məşqçi ilə rəhbərlik arasında nəsə fikir ayrılığı yarananda və yollar ayrılmaq səviyyəsinə çatanda, "kişi sözü" yaddan çıxarır.


Pul Abdullayev üçün çox şey deməkdi. Çalışdığı hər yerdə qazanmaq eşqi, nəfsi ona güc gəlib və son nəticədə uğursuz olmasına, qalmaqalla qovulmasına gətirib çıxarıb. Abdullayevi "Neftçi"də də fərqli aqibət gözləmir.

 

Gec-tez, iş yerindən uzaqlaşdırılacaq. Hər şey buna doğru gedir: o, həqiqəti bildiyi üçün "qara günü"nə hazırlıq görüb. "Neftçi"dən gedəndən sonra işsiz qalsa da, qalmasa da pulunu alacaq. Yoxsa millidən, Robert Prosineçkinin köməkçisi vəzifəsindən elə-belə istefa verdiyini güman edirsiz? Sadəlövh olmayın…


SPORTİNFO.AZ

 

Tarix: 16 İyul 19:45    Oxunub: 743    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.