İngiltərə Premyer Liqasında mübarizə aparan "Sauthempton" qapıçısı Stüart Teylorla yeni müqavilə bağlayıb. Sportinfo.az xəbər verir ki, tərəflər əməkdaşlığı daha bir il davam etdirməyə qərar veriblər.
36 yaşlı qolkiper "Sauthempton"da 2016-cı ildən çıxış edir. Lakin o, bu komandada hələ bir dəfə də rəsmi oyuna çıxmayıb.
Vaxtilə İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Stüart karyerası ərzində "Arsenal", "Bristol Rovers", "Kristal Pelas", "Peterboro", "Lester", "Aston Villa", "Kardiff Siti", "Mançester Siti", "Ridinq", "Yeovil Taun", "Lids" klublarında da forma geyinib.