"Qəbələ"li hücumçunun kreativliyinə heç kim şübhə etmir"

"Qəbələ"nin ukraynalı sabiq legioneri Aleksey Antonov nəhayət, özünə yeni klub tapıb. Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu "Çermomorets"ə qayıdıb.

 

Odessa klubu mövsümlərarası fasilədə heyətinə qayıdğı futbolçular arasında Antonovu əsas "trasfer bomba"sı sayır. Komandanın baş məşqçisi Aleksandr Babiç bunun əbəs yerə olmadığını düşünür:

 

"Bəli, "Çernomorets"in azarkeşləri Alekseyin dönünüşün belə səsləndirməyə artıq imkan tapıblar. O, xarizmalı təcrübəli futbolçudu. Antonovu Odessada çox sevirlər. O, həm son ötrüməni verə bilər, həm özü də kombinasiyanı yekunlaşdıra.

 

u hücumçunun kreativliyinə heç kim şübhə etmir. Ancaq Aleksey bizə təlim-məşq toplanışın sonunda qoşulub. Əsas onun hazrıkı anda funksional vəziyyətini görmək idi. Yaxın vaxtda futbolçunun optimal formaya gətirməyə və əsası, heyətə daxil etməyə çalışacağıq". 

 

Antonov "Çernomorets"də də "Qəbələ" olduğu kimi, baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında oynayıb, Avropa Liqasının qrup mərhələsinin iştiraksı olub.

 

O, "qırmızı-qaralar"da çıxış etdiyi 1 ildən sonra ötən yay lazım olmadığından yollar ayrıldı. Həmin müddətdən sonra özünə klub tapa bilməyən Aleksey Rusiyanın "Anji" və "Macarıstanın "Honved" klubunda baxışda olsa da, geri qaytarılmışdı.

Tarix: 16 İyul 19:06    Oxunub: 405    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.