Uesli Sneyder karyerasını hansı klubda davam etdirəcək?

“Qalatasaray”dan ayrılan Uesli Sneyderin karyerasını hansı klubda davam etdirəcəyi maraqla gözlənilir. Sportinfo.az xəbər verir ki, Hollandiya mətbuatı 33 yaşlı yarımmüdafiəçinin gedə biləcəyi 4 klubun adını açıqlayıb.

 

Futbolçunun Hollandiyanın “Ayaks”, ABŞ-ın “Los Anceles”, İngiltərənin “Suonsi” və ya İtaliyanın “Sampdoriya” klubuna keçəcəyi iddia olunur.

 

Holland futbolçu qarşıdakı üç il ərzində Türkiyədə başqa bir kluba keçsə, "Qalatasaray"a 20 milyon avro təzminat ödəməlidi.

 

İstanbul klubu Sneyderi 2013-cü ildə Milan "İnter"indən transfer etmişdi. O, 4,5 il ərzində sarı-qırmızılı forma ilə 175 oyunda 46 qola imza atıb.

Tarix: 16 İyul 18:40    Oxunub: 280    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.