"Yuventus”dan müdafiəçi Leonardo Bonuççini transfer etməklə gündəmi zəbt edən “Milan” daha bir ulduz futbolçu almağı hədəfləyir.
Sportinfo.az xəbər verir ki, İtaliyanın “La Qazzetta dello Sport” nəşri Milan nəhənginin Andrea Belotti, Pyer Emerik Obameyanq və ya Alvaro Morata üçlüsündən birini almaqla, transfer çalışmalarına nöqtə qoyacağını yazıb.
“Milan” rəsmilərindən Marko Fassone də bu üç futbolçudan birini transfer etmək istədiklərini bildirib. İtaliya klubu yay transfer dönəmində transferlərə 221 milyon avro xərcləyib.
“Milan”ın transfer etdiyi futbolçular bunlardı: Leonardo Bonuççi, Andre Silva, Fabio Borini, Hakan Çalxanoğlu, Rikardo Rodrigez, Matteo Musakkio, Andrea Konti, Frank Kessie.