Klub rəhbərliyi millimizin futbolçusunu bağışladı - SON QƏRAR

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın gələcək taleyi müəyyənləşib. Sportinfo.az xəbər veriir ki, 29 yaşlı hücumçunun karyerasını "Bursaspor"da davam etdirəcəyi dəqiqləşib. 
 
Bir müddət əvvəl Super Liqanın debütantı “Göztəpə” ilə ilkin razılıq əldə edən forvardın hazırkı komandasında qalacağı təsdiqini tapıb. Məsələ burasındadı ki, ötən mövsümün sonlarına yaxın FİFA-ya şikayət etdiyi üçün komandadan uzaqlaşdırılan futbolçu rəhbərlik tərəfindən əfv edilib.
 
 “Bursaspor”a ötən ilin fevralında “Trabzonspor”dan keçən Dəniz Yılmazın klubla müqavilə müddəti 2019-cu ilin yayına qədərdi. Onun adı daha əvvəl Avstriya toplanışına aparılacaq futbolçular arasında yer almasa da, sonradan baş məşqçi Pol Le Quen qərarını dəyişib. Məsələ ilə bağlı klubun sabah Avstriyada baş tutacaq ilk məşqindən öncə baş məşqçi və futbolçunun mətbuat konfransı baş tutacaq.

Tarix: 16 İyul 17:22    Oxunub: 328    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.