Azərbaycandan ən yaxşı mövqedə “Qarabağ”dı - 90-cı yer

UEFA ölkələrin və klub komandalarının yeni reytinq cədvəlini açıqlayıb. Sportinfo.az xəbər verir ki, qurumun rəsmi saytında bu həftə keçirilən avrokubokların ikinci təsnifat mərhələsiin ilk matçlarından sonra tərtib olunan siyahıda Azərbaycan 16.375 xalla 22-ci yeri tutur.

 

Bizdən 1 pillə öndə olan Kiprin 16.425 xalı var. Azərbaycanla eyni xala malik Belarus 23-cü yerdədir. Lakin Azərbaycandan fərqli olaraq, Belarusun yarışdakı 4 təmsilçisindən 1-i artıq mübarizəni dayandırıb.

 

Avrokuboklarda son 5 mövsümdəki göstəricilərə əsasən hazırlanan reytinqdə Azərbaycandan ən yaxşı mövqedə “Qarabağ”dı. Ağdam klubu 90-cı yerdədir. Reytinqdəki digər 6 təmsilçimizdən “Qəbələ” 163-cü, “Neftçi” 182-ci, “İnter” 217-ci, “Kəpəz” 274-cü, “Xəzər Lənkəran” 276-cı, “Zirə” isə 307-ci tutur.

 

Ölkələrin reytinqi, ilk 22 yer

 

Tarix: 16 İyul 17:09    Oxunub: 341    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.