"Qalatasaray"a qol vuran futbolçunu "Fənərbağça" istəyir

"Ostersunds"un heyətində "Qalatasaray"ın qapısına yol tapan Saman Qoddos "Fənərbaxça"nın maraq dairəsinə düşüb.
 
Sportinfo.az xəbər verir ki, "aslanlara" qarşı yüksək performans ortaya qoyan, 1 qol və məhsuldar ötürmənin müəllifi olan futbolçunu Aykut Kocaman əlinin altında görmək istədiyini rəhbərliyə bildirib.
 

Artıq 23 yaşlı futbolçunun meneceri Ferhat Çiftçi ilə də danışıqlar aparılıb. Həm pleymeyker, həm cinah yarımmüdafiəçisi həm də hücumçu kimi oynamağı bacaran Qoddos son dönəmin ən perspektivli futbolçularından sayılır.

 

Sürəti, güclü bədən quruluşu və texnikası ilə diqqət çəkən futbolçu İsveç yığmasının da üzvüdü. "Fənərbaxça"da oynamağa isti yanaşan futbolçu qəti şəkildə transfer qərarı çıxarılarsa danışıqlara dərhal başlanacaq.

Tarix: 16 İyul 16:56    Oxunub: 285    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.