VİDEO - Cinsiyyətini dəyişən azərbaycanlı futbolçudan yeni xəbər

Sebastyan (Səbinə) Kurqunayeva azərbaycanlıdı. Mingəçevir şəhərində doğulub, yaşayıb. O, artıq iki ilə yaxındır ki, ABŞ-a köçüb və orada təhsil alır.

 

Sportinfo.az xəbər verir ki, Səbinə doğulduğu cinsi kimliyi qəbul etmir və Amerikada hormonal müalicə üsulu ilə cinsiyyətini dəyişmək qərarı verib. Özünü daha çox Sebastyan kimi təqdim edən bu gənc hazırda hormon qəbulunun ilkin mərhələsindədir və həkimlərin məsləhəti ilə testesteron qəbul edir.

 

O, bütün bu prosesi özü videoya çəkir və hormonal dəyişiklikləri gün-gün və anbaan qeydə alır. Sebastyan testesteron qəbulundan sonra bədənində baş verən ən xırda dəyişiklikləri danışır, dərmanların ona necə hiss etdirdiyini açıqlayır.

 

Sebastyan bildirir ki, bütün bu dəyişiklik prosesini axıra qədər çəkəcək və danışacaq. O, eyni zamanda hər gün özünün bir şəklini çəkdiyini də bildirir. Bunu ona görə edir ki, müalicənin sonunda özü tam effekti görə bilsin.

 

Tarix: 16 İyul 16:17    Oxunub: 611    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.