"Siti" Braziliyadan 13 milyon avroluq transfer etdi, icarəyə verdi

"Mançester Siti" klubu növbəti transferini rəsmiləşdirib. Sportinfo.az xəbər verir ki, "şəhərlilər" "Vasku da Qama"nın yarımmüdafiəçisi Duqlas Luisi heyətə qatıblar. 19 yaşlı braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

İngiltərə mətbuatının yaydığı məlumata görə, bu transferə görə "Mançester Siti" 13 milyon avrosundan keçib. Lakin Premyer Liqa təmsilçisi yeni transferinin xidmətindən yararlana bilməyəcək.

 

Buna səbəb gənc futbolçunun Britaniyada işçi vizası əldə edə bilməməsidi. MS məhz bu səbəbdən Luisi yeni mövsümdən İspaniya La Liqasında çıxış edəcək "Jirona"ya icarəyə verib.

 

"Vasku da Qama"nın yetirməsi olan Duqlas peşəkar karyerasına 2016-cı ildən başlayıb. Braziliyanın U-20 yığmasının üzvü bu komandada 25 oyuna 3 qol vurub.

Tarix: 16 İyul 15:12    Oxunub: 112    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.