"Samtredia" - "Qarabağ" matçının hakimləri Serbiyadandı

"Qarabağ"ın Gürcüstanda "Samtredia" ilə keçirəcəyi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün bütün təyinatlar açıqlanıb. Sportinfo.az xəbər verir ki, qarşılaşmanı serbiyalı hakimlər briqadası idarə edəcək.

 

Baş hakim Srcan Yovanoviçə Uroş Stoykoviç və Milan Mixayloviç yan xətt, Marko Popoviç dördüncü hakim qismində yardımçı olacaqlar.

 

Rumıniyalı Pol Daniel Zaharya UEFA nümayəndəsi, macarıstanlı Laslo Vaqner isə hakim-inspektordu. İyulun 18-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Tarix: 16 İyul 13:41    Oxunub: 109    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.