Liqanın yeni komandası Rayko Rotmanı heyətinə qatdı

Türkiyə Super Liqasının yeni komandası - "Göztəpə" növbəti transferini rəsmiləşdirib. Sportinfo.az xəbər verir ki, İzmir klubu son olaraq "Kayserispor"da oynamış Rayko Rotmanı heyətinə qatıb.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sloveniyalı futbolçu 2 illik müqaviləyə imza atıb. O, tezliklə yeni komandasının Avstriyadakı təlim-məşq toplanışına qatılacaq.

 

Sloveniyanın "Aluminiy" klubunun yetirməsi olan futbolçu 2008-2011-ci illər aralığında məhz doğma komandasında oynayıb. 2011-2014-cü ilərdə "Rudar"da top qovan Rotmanın Türkiyə karyerası "Başakşəhər"lə başlayıb.

 

2014-cü ildən bu komandada çıxış edən Rayko geri qalan mövsümün ikinci yarısında da "Kayserispor"a icarəyə verilmişdi. 28 yaşlı futbolçu həm də Sloveniya yığmasının üzvüdü.

Tarix: 16 İyul 13:28    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.