20 yaşlı türk yarımmüdafiəçi ilə 5 illik müqavilə imzaladı

"Roma" heyətini yeni futbolçu ilə gücləndirib. Sportinfo.az xəbər verir ki, "canavarlar" "Başakşəhər"dən Cengiz Ünderi transfer edib.

 

20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Roma" bu transfer üçün İstanbul təmsilçisinə 15 milyon avro ödəyəcək.

 

Cengiz Ünder "Başakşəhər"ə ötən mövsümün əvvəlində "Altınordu"dan 700 min avroya transfer olmuşdu. O, "narıncı-göylər"in heyətində meydana çıxdığı 43 rəsmi oyunda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Tarix: 16 İyul 13:15    Oxunub: 128    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.