"DÇ Qətərdə keçirilməsin" - Ərəb ölkələrinin FİFA-dan tələbi

Bir neçə ərəb ölkəsi FİFA-ya məktub yazıb. Sportinfo.az xəbər verir ki, məktubda 2022-ci ildə keçiriləcək dünya çempionatının təşkilatçılıq hüququnun Qətərdən alınması tələb edilir.

 

Bu barədə məlumatı FİFA prezidenti Canni İnfantino verib: “Bu ölkələr məktub yazaraq terrorizmi dəstəkləyən ölkədə futbolçuları və azarkeşləri gözləyən risk barədə xəbərdarlıq ediblər. Onlar DÇ-nin Qətərdə keçirilməməsini tələb edirlər”.

 

Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn, Yəmən və Liviya Qətərin terrorizmi dəstəklədiyini iddia edərək, bu ölkə ilə diplomatik əlaqələri kəsib. Daha sonra onlara bir neçə ölkə də qoşulub. DÇ-2022 noyabrın 21-dən dekabrın 18-nə qədər keçiriləcək.

Tarix: 16 İyul 16:04    Oxunub: 93    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.