Bacısı yeni müqavilə şərtlərini müzakirə etmək üçün gəldi

“Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin bacısı Natalya Simeone Madridə gəlib. Sportinfo.az xəbər verir ki, Natalya qardaşının agentidi.

 

O, “hindular”la yeni müqavilənin şərtlərini müzakirə etmək üçün İspaniyaya gəlib. “Atletiko” Simeoneyə 2 illik müqavilə təklif edib. Ancaq argentinalı mütəxəssis 1 illik müqavilə bağlamağın tərəfdarıdı. 

 

Madriddəki danışıqlardan sonra Natalya İtaliyaya gedərək “Cenoa”nın hücumçusu, qardaşı oğlu Covanni Simeonenin transferi ilə bağlı danışıqlar aparacaq. Covanninin xidmətində A seriyasının bir neçə top-klubu maraqlıdı.

Tarix: 16 İyul 15:51    Oxunub: 297    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.