Roman Qriqorçuk bəxtinə qarğış etdi: "Başqa cür olmur"

"Yagelloniya" ilə cavab oyununa bütün hazırlıq prosesimiz Polşada nəzərdə tutulub. Bunun necə təsir edəcəyini indidən qəti deyə bilmərik. Həmişə bir şey haqda əvvəl yox, sonra danışmaq yaxşı olardı. Sadəcə, biz hesab etdik ki, Polşaya 4 gün əvvəl yollanmaq indiki vəziyyətdə ən yaxşı variantdı".

 

Sportinfo.az xəbər verir ki, bu fikirləri sport24.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bildirib. Avropa Liqasındakı təmsilçimiz II təsnifat mərhələsində Polşaya "Yagelloniya" klubu ilə cavab matçına 4 gün qalmış yollanıb. 

 

Qriqorçuk  evdə 1:1 hesablı bərabərlikdən sonra səfər qarşılaşmasına hazırlıqda nəyə diqqət yetirəcəklərinə toxunub: "Bizdə nəyəsə ümid bağlamaq və sair bu kimi heç bir şey yoxdu. Sadəcə, hər şeyə tam sakit, əminliklə yanaşırıq.

 

Əsa odu ki, biz qarşıdakı 4 gündə son 1 həftədən yaxşı vəziyyətdə olaq. Başqa heç nəylə, ümidlə, fikirlərlə beynimizi doldurmuruq. Yalnız bu 4 günü ən yaxşı vəziyyətdə keçirək, vəssalam. İndi ancaq bu haqda düşünürük".

 

Məlum olduğu kimi, "Qəbələ" III təsnifat mərhələsinə çıxarsa, tanış rəqiblə - 2005-ci ildə bu turnirin pley-offunda mübarizədən kənarlaşdıraraq ilk dəfə qrupa düşdüyü "Patatinaikos"la görüşəcək. Maraqlıdı, təmsilçimiz və ukraynalı çalışdırıcısı üçün düşərli rəqibin düşməsi "Yagelloniya"nı keçməklə bağlı əlavə stimul verirmi? Qriqorçuku dinləyək:

 

"Panatinaikos" bizə düşəndə xüsusi bir şey fikirləşmədim. Çünki bunadək bilirdim ki, "Qəbələ" ilə bağlı başqa cür olmur. Ona həmişə ən güclü rəqib düşür. Bu üzdən əvvəl bilirdim ki, bizə güclü rəqib olacaq və püşkdən sonra mənim üçün təəccüblü heç bir şey olmadı. O ki qaldı "Panatinaikos"la bağlı xoş nostalgiyə, buna belə baxaraq müzakirə aça bilmərik.

 

Çünki bu rəqibi məğlub etdiyimiz vaxtdan nə qədər vaxt keçib. Bu 2 ildə həm onlarda, həm də bizdə heyətdə xeyli dəyişiklik baş verib. Bir də ki indidən bilmirik ki,  "Panatinaikos"la oynayacağıq, ya yox. Çünki III hələ "Yagelloniya"nı keçmədiyimizdən təsnifat mərhələsinin iştirakçısı olacağımız məlum deyil. İnşallah, mərhələ keçsək, "Panatinaikos"la qarşılaşanda bu, tam tam başqa matç olacaq. Ona görə indidən deyiləsi bir şey yoxdu".

 

Roman İosifoviç hazırda onu qarşıdakı gün düşündürdüyünü söyləyib: "Fikrim ondadır ki, axşam məşqini istədiyimiz şəkildə keçirək və futbolçularımız bu çalışma sayəsində daha yaxşı hazır olsun. Bunda sonra həftənin bazar ertəsi gəlir.

 

Onda da vacib məşğələmiz olacaq. Yəni hər gün hazırlıq və daha yaxşı vəziyyətdə olaq. Başqa heç bir şeylə beynimi yükləmirəm. Çünki bizdə komanda yenidi, onun yaşı cəmi 10 gündü. Başa düşürsünüz ki, 10 günlük komanda ilə bağlı başqa fikir də ola bilməz".

Tarix: 16 İyul 15:38    Oxunub: 537    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.