Mübariz Mənsimov 8 aydı onıların öz halal maaşını verə bilmir

PalSüd” MMC zavodunun əməkdaşları əmək haqlarının ləngiməsinə görə kütləvi etiraz aksiyası keçiriblər. Sportinfo.az xəbər verir ki, bu zavod "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovun şirkətlər qrupuna daxildi və süd məhsullarının istehsalı ilə məşğul olur.

 

Virtualaz.org-un əldə etdiyi məlumata görə, zavodun əməkdaşları 8 aydı öz halal maaşlarını ala bilmirlər. Bu, zavod əməkdaşlarının Mübariz Mənsimovdan öz pullarını etiraz aksiyalarının köməyi ilə tələb etmələri ilə bağlı birinci hadisə deyil.

 

Belə ki, 20 gün əvvəl fermerlərdən süd qəbulu məntəqələrinin təxminən 60 əməkdaşı küçələrə çıxaraq bir milyon manat borcun ödənilməsini tələb etmişdilər. Bu pul öz süd məhsullarını zavoda təhvil vermiş fermerlərə ödənilməliydi.

 

Zavod ətrafında yaranmış kritik vəziyyətlə bağlı müvafiq dövlət strukturlarına artıq məlumat verilib. Dünən etiraz edənlərdən bir neçəsi izahedici söhbət üçün polisə çağırılıb. 

 

Etiraz edənlərdən biri- Sahib Abdullayev iddia edir ki, “PalSüd” MMC ona 27 min manat ödəməlidir. Amma sahibkar öz pulunu bir ildir ala bilmir.

 

S.Abdullayevin sözlərinə görə, onunla görüş vaxtı zavodun nümayəndələri maliyyə çətinliklərinə istinad edərək hər dəfə ödəmələr üçün ondan möhləti verməsini xahiş edirlər.

Tarix: 16 İyul 15:25    Oxunub: 471    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.