"Millimizin hücumçusu haqda: "Onun məsələsi bizi çox narahat edir"

Azərbaycan millisinin üzvü Dəniz Yılmaz klubunu dəyişmək üzrədi. Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu ötən ildən çıxış etdiiyi “Bursaspor”dan ayrılacaq.

 

Belə ki, Bursa təmsilçisi yeni mövsümün hazırlıqlarını davam etdirmək üçün Avstriyaya təlim-məşq toplanışına yollanacaq. Dənizin adı toplanışıa aparılacaq futbolçular sırasında yer almayıb. Bu isə onun növbəti mövsümdə komandanın heyətində olmayacağı deməkdi. 

 

Yılmazın "Bursaspor"la müqaviləsi gələn mövsümün sonunda başa çatır. Məsələ ilə bağlı komandanın baş məşqçisi Pol Le Quen də açıqlama verib: "Dəniz Yılmazın məsələsi bizi çox narahat edir. Çünki o, futbol oynamağı bacarır.

 

Lakin klubdakı problemləri də bəllidi, rəhbərliklə münasibətləri yerində deyil. Onun problemləri həll edilməmiş transfer çalışmalarına başladıq. Əks halda vaxt itkisinə yol verə bilərdik. Düzdü, indi orta sahəyə və hücum xəttinə futbolçu transfer etmək istəyirik.

 

Bütün bunlar haqda danışarkən, komandada gedəcək futbolçular haqda da söz açmaq vacibdir. Onlar hələ də bizmlədirlər. Bəzi futbolçuların getməsi qalmasından daha yaxşıdı. Çünki 35 futbolçu ilə işləmək mümkün deyil. Bunu mən istəmirəm". 

Tarix: 16 İyul 12:49    Oxunub: 314    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.