Azərbaycanda problem yaşadı, ölkəsində baş qatacaq

"Qəbələ"nin sabiq futbolçusu Aleksey Antonov özünə yeni klub tapıb. Sportinfo.az xəbər verir ki, o, yeni mövsümdən Ukraynada "Çernomorets"in şərəfini qoruyacaq.

 

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Lakin müqavilənin müddəti və digər detalları açıqlanmır. "Çernomorets" Antonov üçün doğma klubdu. O, 2013/14 mövsümündə bu komandada oynayıb.

 

2015/16 mövsümündə "Qəbələ"nin heyətində çıxış etmiş 31 yaşlı ukraynalı hücumçu karyerası ərzində Ukraynanın "Metallist", "Zarya", "İliçevets", "Dnepr", "Krivbass", Rusiyanın "Kuban", Qazaxıstanın "Aktobe", Macarıstanın "Dyirmot" klublarında da forma geyinib.

Tarix: 16 İyul 10:10    Oxunub: 299    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.