“Qalatasaray”dan qorxmuruq"

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda”Qalatasaray”ı 2:0 hesabıyla məğlub edən İsveçin “Ostersun” klubunun hücumçusu Saman Qoddos bu komandalar arasında İstanbulda baş tutacaq cavab oyunu barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, ilk oyunda komandasının qələbəsinə bir qol və bir məhsuldar ötürməylə töhfə verən isveçli hücumçu ölkəsinin mətbuatına açıqlamasında cavab qarşılaşması haqda iddialı danışıb:

 

“Qalatasaray” kimi bir komandanı məğlub etmək bizim üçün qürur vericidi. Bu qələbənin mənim qolum və məhsuldar ötürməmlə əldə edilməsi məni daha da sevindirir. Fernando Muslera kimi istedadlı qapıçını məyus etməyimi heç vaxt unutmayacam.

 

İstanbuldakı oyuna da böyük inamla çıxacağıq. “Qalatasaray”dan qorxmuruq. Bir hücumçu olaraq bütün oyunlara qol vurmaq üçün çıxıram və cavab oyunu da bu cəhətdən istisna olmayacaq. Türkiyədən növbəti mərhələyə “bilet”lə dönəcəyimizə inanıram”.

 

“Ostersun” - “Qalatasaray” cütünün qalibi 3-cü təsnifat mərhələsində “Fola” - “İnter” cütünün qalibiylə qarşılaşacaq. Təmsilçimiz İstanbul klubundan fərqli olaraq ilk oyunda qalib gəlib - 1:0.

Tarix: 16 İyul 09:44    Oxunub: 267    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.