Mariano karyerasını "Qalatasaray"da davam etdirəcək

"Sevilya"nın müdafiəçisi Mariano karyerasını "Qalatasaray"da davam etdirəcək. Sportinfo.az xəbər verir ki, İstanbul nəhəngi rəsmi saytı vasitəsilə yaydığı açıqlamada braziliyalı futbolçunun transferi üçün onun özü və klubu ilə danışıqlara start verildiyini bəyan edib.

 

Yaxın günlərdə bu transferin tam rəsmiləşməsi gözlənilir. Türkiyə mətbuatının yazdığına görə, Marianonun ilinə 2,2 milyon avro verəcək "sarı-qırmızılar" İspaniya klubuna da 4,4 milyon avro təzminat ödəyəcək. Futbolçu Türkiyə klubu ilə 3 illik müqavilə imzalayacaq.

 

31 yaşlı sağ cinah müdafiəçisi Braziliyanın "Quarani" klubunun yetirməsidi. O, ölkəsində bu klubdan başqa "İpatinqa", "Tombense", "Kruzeyro", "Atletiko Mineyro" və "Fluminense"də də oynayıb. 2012-ci ildə Fransanın "Bordo" klubuna transfer olunan futbolçu "Sevilya"ya 2015-ci ildə gəlmişdi.

Tarix: 16 İyul 08:13    Oxunub: 123    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.