İngiltərə AÇ-nin qalibidi

Gürcüstanda təşkil olunan 19 yaşadək futbolçulardan ibarət yığmalar arasındakı Avropa Çempionatı başa çatıb. Sportinfo.az xəbər verir ki, AÇ-2017-nin finalında Portuqaliya və İngiltərə yığmaları qarşılaşıb.

 

3 qolun vurulduğu oyunda hesabı ingilislər açıblar. Portuqaliyalı futbolçular hesabı bərabərləşdirməyə nail olsalar da, İngiltərə yığması daha bir qol vuraraq, həlledici oyundan da qalib ayrılmağı bacarıb. Nəticədə, İngiltərənin U-19 millisi qitə çempionu adını qazanıb.

 

Bu, İngiltərənin müvafiq yaş qrupu üzrə yığmasının 10-cu tituludu. İngilislər bu göstəricidə mütləq rekorda malik İspaniyaya çatıblar. Bu iki yığmanı 8 dəfə Avropa çempionu olmuş Fransanın U-19 millisi izləyir. Portuqaliya isə indiyə qədər 3 dəfə qitə çempionu olub.

Tarix: 16 İyul 08:00    Oxunub: 103    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.