“Gedib fəhlə işləyərəm, amma Azərbaycan futbolunda çalışmaram”

“Qarabağ” – “Samtredia” matçından öncə baş tutan mətbuat konfransında hamıya yaxşı tanış olan Bəhram Bağırzadəyə də rast gəldik. “Neftçi”nin Müşahidə Şurasının sabiq üzvünə yaxınlaşıb bəzi suallar ünvanladıq.

 

Bəhram bəy komandalarımızın avrokuboklardakı bütün oyunlarına gələcəyini deyir: “Keçən dəfə “İnter” – “Mladost” oyunundaydım. Təəssüf ki, “Zirə”nin matçına gedə bilmədim. Bəzi işlərim var idi.

 

Avrokuboklarda bütün komandalarımıza dəstək olacam. Hətta “Neftçi” oynasaydı belə. Çünki mən azarkeşəm. 1972-ci ildən futbola baxıram. Lap uşaqlıqdan futbolla nəfəs almışam. Bundan sonra da belə davam edəcəm”. 


O, “yenidən hansısa klubun rəsmisi kimi çalışmaq istərdizmi” sualına belə cavab verdi: “Xeyr. Gedib fəhlə də işləyərəm, amma Azərbaycan futbolunda çalışmaram. Bu iş mənlik deyil. Sözümü deyib, “Neftçi”dən ayrılmışam” (Futbol+). 

Tarix: 16 İyul 00:34    Oxunub: 1152    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.