Yeni mövsümdən komandanın kapitanlıq sarğısını daşıyacaq

Mövsümün sonunda “Çelsi”dən ayrılaraq Çempionşip təmsilçisi “Aston Villa”yla anlaşan Con Terri növbəti mövsümdən komandanın kapitanlıq sarğısını daşıyacaq.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Birmingem klubunun rəsmi saytı yayıb. 36 yaşlı müdafiəçi aşağı liqa təmsilçisində ilk dəfə çıxış edəcək olmasına rəğmən, klub rəhbərliyi ona jest olaraq bu addımı atıblar.

 

Terri uzun müddət İngiltərə millisində və ayrılana kimi “Çelsi”də də kapitanlıq sarğısını daşıyıb. Müdafiəçi “Aston Villa”yla bir illik müqavilə bağlayıb.

Tarix: 16 İyul 00:16    Oxunub: 121    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.