Gəncədə söyüşə görə qətl törədən çempion deyilmiş...

Gəncədə 39 yaşlı şəhər sakini Ramin Orucovu qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb. Sportinfo.az xəbər verir ki, Kəpəz rayonu ərazisində yerləşən “Sərçə bazarı” adlanan yerdə R. Orucova ağır zərbələr vuran və son nəticədə ölümünə səbəb olan şəxsin 1994-cü il təvəllüdlü Eldəniz Məmmədov olduğu ehtimal edilib.

 

Bu səbəbdən də o, saxlanılıb. Eldəniz Məmmədov səmimi şəkildə törətdiyi əməli etiraf edib. O bildirib ki, hadisəyə səbəb Ramin Orucovun onun atasını söyməsi olub. Bundan qəzəblənən 23 yaşlı gənc Ramin Orucova yumruq-təpik zərbələri vurub.

 

Ağır bədən xəsarətləri alan R.Orucov hadisə yerindən bir qədər uzaqlaşıb və huşunu itirərək yerə yıxılıb. Onun meyiti səhər saatlarında yerli sakinlər tərəfindən tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

 

"Gəncədə 39 yaşlı kişinin qətlə yetirən idmançının heç bir nailiyyəti olmayıb" - lent.az-a bu barədə Azərbaycan Kikboks Federasiyası mətbuat xidmətinin rəhbəri İntizarə Əbilova məlumat verib. 

 

O qeyd edib ki, Eldəniz Məmmədov 8 il qabaq kikboksla məşğul olub: “Bizim çempionlarla bağlı siyahımız var. Siyahıda bu şəxsin adı yoxdur. Gəncədə olan müəllimlərimizlə də əlaqə saxlamışıq. Belə adda idmançı olmadığını dedilər”.

 

Kikboks Federasiyasının sözcüsü onu da qeyd edib ki, Eldəniz Məmmədov özü ifadəsində idmançı olduğunu deyib: “Mən məsələ ilə bağlı müstəntiqlə də əlaqə saxladım. 

 

Onlar bildirdilər ki, bu şəxs ilkin ifadəsində Azərbaycan çempionu olduğunu deyib. Biz KİV-ə bununla bağlı təkzib göndərəcəyik. Eldəniz Məmmədov adda Azərbaycan çempionu yoxdu”.

Tarix: 15 İyul 19:00    Oxunub: 346    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.