Məmmədov Bakıda klub yaratdı: "6 legioner gətirəcəyik"

2017/2018 mövsümündə I Divizionda mübarizə aparacaq “Göyçə” bağlı bəzi məsələlərə aydınlıq gəlib. Sportinfo.az xəbər verir ki, bununla bağlı “report”a klubun prezidenti Mübariz Məmmədov açıqlama verib.


O bildirib ki, “Göyçə” 2004/2005 mövsümündə I Divizionda çıxış etmiş eyniadlı komandanın (20 xalla 4-cü yeri tutub) varisidi. M.Məmmədov klubun paytaxtı təmsil edəcəyini və “Bakı”nın təlim-məşq bazasında məskunlaşacağını bildirib.


Klubun prezidenti baş məşqçinin adını da açıqlayıb. Bu, vaxtilə Azərbaycan Premyer Liqasında mübarizə aparmış “Muğan” və “Rəvan” komandalarının sabiq baş məşqçisi Bəhmən Həsənovdu.

 

M.Məmmədov məşqlərə iyulun 20-dən başlayacaqlarını söyləyib: "Heyətimizə “Bakı”nın bəzi futbolçularını götürəcəyik. Həmçinin, ölkə xaricindən də 6 futbolçu gətirəcəyik. Həmin oyunçular əsasən İtaliyadandr”.

Tarix: 15 İyul 18:12    Oxunub: 1515    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.