Azərbaycanda yeni peşəkar klubun təsis olunması haqda - Sponsoru və maliyyə mənbələri

"Binə" FK peşəkar səviyyədə təsis olunması haqda bəyanat verib. Sportinfo.az həmin açıqlanmanı təqdim edir:


Son illərdə ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasi-iqtisadi islahatlar, həyata keçirilən sosial-mədəni layihələr həyatımızın hər bir sahəsində oldugu kimi idmanda da böyük nailiyyətlərə səbəb olmuşdur. Təsadüfi deyil ki, bu gün beynəlxalq arenada Azərbaycan idman ölkəsi kimi tanınır, dünyanın ən mötəbər idman tədbirlərinin keçirilməsi böyük fərəh hissi ilə bizə etibar olunur.

 

Bu səbəbdən ölkəmizdə idmanın bütün populyar növlərinin inkişafı prioritet məsələ kimi qarşıya qoyulub. Xüsusən dünyada böyük azarkeş kütləsi qazanmış futbolda ciddi uğurlar əldə olunub, nəhəng infrastruktur layihələri həyata keçirilib. Ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı "2005-2015-ci illər ərzində Futbolun İnkişafına dair Dövlət Proqramı"nın düzgün icrası nəticəsində bu gün klublarımız müasir təlim-məşq bazaları, stadionlara təmin olunub.

 

Maddi-texniki bazanın genişləndirilməsi, bölgələrdə yeni-yeni klubların yaradılması prosesi indi də davam edir. Biz də bu sahədə görülən mütərəqqi işlərə öz töhfəmizi vermək üçün "Binə" Futbol Klubunun peşəkar səviyyədə fəaliyyətinin təmin olunmasını və onun 1-ci divizionda çıxış etməsini məqsədəuyğun saydıq.

 

Bəyan edirik ki, 1997-ci ildən etibarən fəaliyyət göstərən "Binə" Futbol Klubu artıq dövlət qeydiyyatından keçirilib. Həvəskarlar Liqasında qazanılan uğurlar və komandanın gözəl oyunu, həmçinin "Binə"FK-nın U-10, U-12 və digər yaş qruplarının AFFA-nın təşkil etdiyi yarışlarda iştirakı azarkeşlərin, “fan klub” üzvlərinin, xüsusilə Binə və ətraf qəsəbələrdə yaşayan futbolsevərlərin marağına səbəb olmuş, bizə işin daha peşəkar səviyyədə qurulması ilə bağlı çoxsaylı müraciətlər edilmişdir.

 

Bu müraciətlərə baxıldıqdan sonra, sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılmış, Binədə geniş azarkeş kütləsinin olması, qəsəbədə Heydər Əliyev Fondu tərəfindən tikintisi 2012-ci ildə başa çatmış stadionun mövcudluğu nəzərə alınaraq "Binə" Futbol Klubunun peşəkar səviyyədə təsis olunmasına qərar verilmişdir. Klubun sponsor və maliyyə mənbələri mövsüm öncəsi futbol ictimaiyyətinə açıqlanacaq.


Onu da bildiririk ki, klubumuz yaxın dövr ərzində yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolunun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəkdir. İnanırıq ki, bu qərarın əsasında ölkə futbolu möhkəm dayaqlara malik bir klub qazanacaq.

Tarix: 15 İyul 18:00    Oxunub: 928    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.