"Onlar "İnter"in yeganə sponsorudu və maaşları ödəyir"

Türkiyə mətbuatı “Qalatasaray”ın Avropa Liqasının III təsnifat mərhələsindəki mümkün rəqiblərini dəyərləndirib. Sportinfo.az-ın məlumatına görə, milliyet.com.tr saytının əməkdaşları “İnter”i növbəti mərhələyə daha yaxın görürlər.
 
Belə ki, türklər II təsnifat mərhələsində “Fola” ilə cavab görüşü öncəsi “İnter”in favorit olduğunu düşünürlər: “Fola”nı ilk görüşdə 1:0 hesabı ilə məğlub edən “İnter”in “Qalatasaray”a rəqib olmaq ehtimalı daha yüksəkdi.

 

Bakı təmsilçisi maliyyə cəhətdən problemli dönəmdən keçir. Buna baxmayaraq, ölkə çempionatında 3-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə əldə etdilər. I təsnifat mərhələsində isə Serbiya klubu “Mladost” səddini (3:0, 2:0) asanlıqla keçdilər”.
 
Yazıda “İnter”in ən təhlükəli oyunçusunun adı çəkilib və kluba AFFA-nın himayədarlıq etdiyi vurğulanıb: “İnter”in heyətində cəmi 2 əcnəbi oyunçu var ki, bunlar braziliyalı mərkəz müdafiəçisi Denis Silva və rumıniyalı Manuel Skarlatakedi.

 

Yarımmüdafiənin mərkəzində çıxış edən kapitan Nizami Hacıyev ən təhlükəli oyunçularıdı. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası klubun yeganə sponsorudu və futbolçuların maaşlarını ödəyir. Lüksemburq “Fola”sı isə daha zəif rəqibdi” (apasport.az).
 
 “Qalatasaray” II təsnifat mərhələsinin ilk matçında “Ostersun”a səfərdə 0:2 hesabı ilə məğlub olub. Əgər “Qalatasaray” və “İnter” hazırkı rəqiblərini mübarizədən kənarlaşdıra bilsələr, III təsnifat mərhələsində bir-birlərinə rəqib olacaqlar.

Tarix: 15 İyul 16:36    Oxunub: 547    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.