"Spartak"ın erməni doktoru nə üçün Bakıya gəlmək istəyir?

Moskva "Spartak"ının tibb departamentinin başçısı Mixail Vartapetov Bakıda - öz atasının vətənində olmaq istəməsindən danışıb. Sportinfo.az xəbər verir ki,doktor championat.com-a deyib:

 

"Mənim əcdadlarım Qarabağdandılar, sonradan bir hissəsi Bakıya köçüb. Atam orada doğulub, Moskvaya isə müharibədən sonra, Böyük Teatra daxil olanda gəlib. Bütün həyatı boyu da orada işlədi. Violonçeldə ifa edirdi. Anam isə rusdur, Moskvada doğulub. Buna görə məndə iki – şimal və cənub qan qarışığı var”.

 

Mixail Vartapetov bildirib ki, o vaxt Azərbaycanda ermənilərə çox yaxşı yanaşıblar: “Atam Bakıdan məmnunluqla danışırdı. Onun üçün şəhər, dostları çox böyük məna kəsb edirdi.

 

Deyirdi ki, bakılılar öz dialekti, yumoru ilə insanların xüsusi kateqoriyasıdır. Onlar görüşürdülər, cavanlığı yada salırdılar. Heç nə qabaqcadan hadisələrin belə inkişafından xəbər vermirdi. Mən Bakıda heç vaxt olmamışam. Mənim üçün Azərbaycana giriş böyük problemdir. Erməni soyadıma görə.

 

Çox istəyərdim ki, əcdadların vətəninə baş çəkim. Mənim arvadım ermənidir, o da əslən Bakıdandır, onun valideynləri də orada yaşayıblar. Və mən ümid edirəm ki, vaxt gələcək, biz maneəsiz bu əfsanəvi şəhərə gələ, mərkəzdə gəzə, onların ürəyi istəyən yerlərə baş çəkə biləcəyik. Atam arzu edirdi ki, məni ora aparsın".

Tarix: 15 İyul 15:48    Oxunub: 513    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.