Vüqar Əsgərovdan növbəti qol

Latviya birinci liqasında 11-ci turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" doğma meydanda "Preilu BJSS" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:0. 
 
Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının qələbəsində futbolçumuzun xüsusi payı olub. Belə ki, 3 dəqiqə ərzində (86, 89) dubla imza atan Əsgərov hesabı darmadağın həddinə çatdırıb və matçda yekun nəticəni müəyyənləşdirib.

 

O, ikinci qolunu penaltidən vurub. Bu, onun cari mövsümdə vurduğu 10-cu qoldu. Həmyerlimiz 90+1-ci dəqiqədə sarı vərəqə də alıb. "Olayne" 11 turdan sonra 20 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb, lakin liderlərlə eyni xala malikdi.

Tarix: 15 İyul 14:24    Oxunub: 263    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.