Renat Dadaşov ABŞ-da məhsuldar ötürmə etdi - VİDEO

"Ayntraxt”ın ABŞ-dakı təlim-məşq toplanışı davam edir. Sportinfo.az xəbər verir ki, frankfurtlular okeanın o tayında növbəti yoxlama matçına çıxıb. Millimizin üzvü Renat Dadaşovun komandası “San Xose” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

"Ayntraxt"ın yeganə qolunun vurulmasında millimizin hücumçusunun da əməyi olub. Belə ki, onun  məhsuldar ötürməsini Blum 83-cü dəqiqədə dəqiq tamamlayıb. Renat bu görüşdən öncə “Sietl Sounders”lə yoxlama matçında da meydana çıxmışdı. 

 
Tarix: 15 İyul 13:24    Oxunub: 248    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.