Qalib könüllülər "Formula-1" üzrə İtaliya Qran-prisinə göndəriləcə

"Formula-1" üzrə Azərbaycan Qran-prisindən əvvəl keçirilən təlimlərdə əldə etdiyi hərtərəfli biliyə və həmçinin yarış zamanı göstərdiyi yüksək fəallığa görə seçilən 5 könüllü sentyabrın 3-də İtaliyada baş tutacaq Qran-priyə səfər edəcək.

 

Sportinfo.az xəbər verir ki, səfər Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) hesabına həyata keçiriləcək. Fevralın 2-də elan edilmiş müsabiqəyə əsasən, Azərbaycan Qran-prisinin 3 min könüllüsü yarış zamanı göstərdikləri fəallığa görə qiymətləndirilib.

 

Onlardan 260 könüllü növbəti mərhələyə buraxılıb. Bu mərhələdə sözügedən könüllülər yarışa hazırlıq ərəfəsində BŞH Akademiyasında keçirilmiş seminarlar, "Formula-1" üzrə Avropa və Azərbaycan Qran-priləri, ümumilikdə "Formula-1" tarixindən test üsulu ilə hazırlanmış imtahanda iştirak ediblər.


Qalib könüllülərin adları Azərbaycan Qran-prisi könüllüləri üçün təşkil edilmiş “Təşəkkür” mərasimində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov və şirkətin insan resursları və işçi qüvvəsi departamentinin rəhbəri İranə Əhmədova tərəfindən elan edilib.


Könüllülərdən Əhməd Şahbalayev, Sitarə Şərifzadə, Haqverdi Məmmədov, Emin Əlizadə və Səkinə Qəhrəmanzadə ən yüksək nəticə nümayiş etdirərək müsabiqənin qalibləri adına yiyələniblər. Qaliblər üçün sertifikat bu adı qazanmış könüllülərə təqdim edilib.


Qalib olan könüllülər sentyabrın 3-də İtaliyaya səfər edərək Qran-pri yarışını tribunada canlı izləyə biləcək və həmçinin həmkarları ilə qarşılıqlı əməkdaşlığa dair fikir və təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar. A.Rəhimov qalib olan könüllüləri təbrik edib, inkişafa gedən yolda onları dayanmadan öz üzərlərində çalışmağa səsləyib.

Tarix: 15 İyul 10:36    Oxunub: 104    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.