İntiqamda dopinq aşkarlandı, BOK medallarımızla bağlı qərar verdi

Azərbaycan yığmasının London Yay Olimpiya Oyunlarında qazandığı medalların sayında dəyişiklik edilməyəcək. Sportinfo.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib.

 

London-2012-də millimizin ağırlıqqaldıranı İntiqam Zairovun gümüş medal şansı yaransa da, bu rəsmiləşməyib. BOK 94 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimizin orqanizmində də istifadəsi qadağan olunmuş maddənin aşkarlandığını açıqlayıb.

 

Buna səbəb kimi Olimpiada zamanı Zairovdan götürülən dopinq-testin təkrar analizi zamanı müsbət nəticə verməsi göstərilib. Onun dehydrochlormethyltestosterondan (turinabol) istifadə etdiyi məlum olub. Nəticədə həmyerlimiz nəinki rəqiblərinin cəzalanması səbəbindən medala layiq görülüb, hətta London-2012-də tutduğu 6-cı yerdən də məhrum edilib.

 

Beləliklə, London-2012-də qazandığımız medalların sayı 10 (2-2-6) qalıb. BOK Zairovla yanaşı, Pekin-2008 və London-2012-də mübarizə aparmış daha 7 atletin nəticəsini ləğv edib. Bundan öncə Zairovun Pekin Olimpiadasında və 2015-ci ildə keçirilən dünya çempionatındakı analizləri də müsbət nəticə vermişdi.

Tarix: 13 Yanvar 14:24    Oxunub: 190    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.