Polis "Qəbələ"nin qonaqlarını Bakıda kimdən qoruyurdu? FOTOLAR

Dünən Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qəbələ” mövsümdə ilk rəsmi matçını "Bakcell Arena"da keçirib. Roman Qriqorçukun komandası “Yagelloniya”nı qəbul edib. 


Gərgin mübarizə şəraitində keçən matçın ilk hissəsi "Qəbələ" üçün yaxşı keçməyib. İlk 45 dəqiqəni 1:0 hesabı ilə geridə tamamlayan komanda ikinci hissənin əvvəllərində hesabı bərabərləşdirməyi bacarıb. 47-ci dəqiqədə Steven Jozef-Monroz hesabı bərabərləşdirib.

 

Geridə qalan dəqiqələrdə komandalar çox çalışsalar da hesabı dəyişə bilməyib. Bu oyun zamanı diqqət çəkən daha bir məqam Bakıya 30-dan artıq polşalı fanatın gəlməsi və onların ciddi polis nəzarəti altında qalmasıdı. Asayiş keşikçiləri yerli tərəfdarların qonaqlarla hər hansı şəkildə münasibət qurmasına imkan verməyib.

 

Tarix: 14 İyul 19:36    Oxunub: 309    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.