"Neftçi" azarkeşini saymayan Elxan Abdullayev özündən küssün!

"Neftçi"nin Ruslan Abışov qovğası bitdi. Zaur Svanadze çox əlləşib-vuruşdu, futbolçusunu "İnter""də saxlaya bilmədi. O, köhnə-yeni klubu ilə 19 aylıq müqavilə imzaladı. 


Elxan Abdullayevi təbrik etmək olar, səviyyəli yerli futbolçu qazandı. Müdafiə və yarımmüdafiə xəttini gücləndirəcək isim aldı. Qol yollarında da "nə edim" dedizdirməyən transferdi.

 

Ruslanın oyunçuluq məziyyətlərini sadalasam, qurtarmaz. Uzaqdan dəqiq vuruşları, başla sərrast zərbələri, təhlükəli cərimə atışları ilə Elxan Abdullayevin fətirinə yağ sürtəcək. İstənilən oyunun müqqədaratını həll edəcək. 90 dəqiqə meydanda görünməyib, 90+1-ci dəqiqədə adını tabloya yazdıracaq.


Elxan Abdullayev bu transferlə əlini gücləndirsə də, azarkeşin nifrətini qazandı. Ən pisi budu. "Neftçi" tərəfdarı birmənalı olaraq bu qayıdışın əleyhinədi. Dünəndən bəri sosial şəbəkələr, fan səhifələr Ruslan Abışovun dönüşü ətrafında yas çadırıq qurub, baş məşqçini ağ yuyub, qara sərir. Olmalıdı, çünki Abdullayev bu seçimi ilə "12-ci oyunçu"ya tüpürdü! Onları eşitmədi, dinləmədi, sözünü almadı. 


Ruslanın "Neftçi"nin formasını yenidən geyinməsinə alqış edənlər stadiona gəlməyən virtual azarkeşlərdi. Həqiqi tərəfdar yağışda, qarda, boranda, leysanın altında tribunada sevimli komandasından dəstəyini əsirgəməyənlərdi.

 

Bu camiə bir səhvini Araz Abdullayevə bağışlamadı, Ruslan Abışova, ümumiyyətlə, göz açdırası deyil. Stadiona gələn azarkeş aldığı pulu keçmiş kapitanın burnundan gətirəcək. Araz oyun vaxtı durmadan söyülürdü. Təbii ki, Ruslan eşitdiyi ifadələri sağ qulağından alıb, sol qulağından havaya uçurtmayacaq.

 

Tribunanın təpgisi bir gün təsir edəcək ona. Yoracaq, ruhdan salacaq. Və beləcə, performansını da itirəcək, tənqidləri bərabərində gətirəcək. Pul çox şeydi, ancaq hər şey deyil – bunu başa düşəndə isə gec olacaq.
Abışov güclü vaxtında "Neftçi"dən üz döndərib. Göy əskinasa görə. Bu gün isə gücsüz "Neftçi"yənah gətirib. Yenə pul eşqinə, qazanmağa. Pulun diktəsi və təsiri Ruslanı yapon küləyinin əsiri edib. Gərək o, "Neftçi"nin bayrağını əlində tutub, şəstlə şəkil çəkdirməyəydi. İngilis bayrağının önündə poza verməliydi. 


Abışov "Neftçi" fanatının gözündən düşüb. elxan Abdullayev bunu görməli, tərəfdarın ziddinə getməməli idi. Bu, baş məşqçi ilə tribunanı barışdırar, buzləri əridərdi. Azarkeşin nəzərində "paragöz" olan futboluçunu geri qaytarmaqla, o, "12-ci oyunçu"nun dik duruşuna sayğısızlıq göstərdi. özündən küssün, altını çəkəcək. Tribuna ilə hesablaşmayan heç bir məşqçi uzağa getməyib, yarıda qırılıb.

 

Bu, Elxan Abdullayevin əsl "Neftçi"sevərlərlə barışmasından ötrü son şansı idi, onu da qaçırdı.

 

Bizim ona bu sözü deməyimizə az qalıb: "Ağlama, özün yıxılmısan".


Xəzər Hikmət

Tarix: 13 Yanvar 12:36    Oxunub: 1944    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.